Keçmiş məhkumun idman çantasında narkotik aşkarlandı

İdman çantasında heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.

Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.

Belə ki, M.Məmmədovun üzərinə keçirilən şəxsi baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR