x
Loading...

Ermənilər Fransada qambiyalı gənci ÖLDÜRDÜLƏR - FOTO

.

Ermənilər imperialist qüvvələr üçün maşa qolunu, katalizator rolunu oynamaqdan əl çəkmirlər. Belə ki, Fransanın Sent-Etyen şəhərində 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyagəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə politoloq Tural Rzayev məlumat verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib, yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi insanı dəhşətə gətirir.

Hadisədən sonra Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxıb. Hadisə rasizm zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.

Fransa dərin dövlətinin irqçilik, anti-immiqrant və İslamafob yol xəritəsini nəzərə alsaq, bu insident sırf cəmiyyəti qarışdırmaq üçün də ola bilər. Ermənilər yenə sahiblərinə xidmət göstərirlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR