x
Loading...

Ermənilər üsyan edir: Vaxt var idi, dövlət idik - Azərbaycan ordusu üstümüzdən xətt çəkdi

.

“Vaxt var idi dövlət idik, ləyaqət və vətənimiz var idi, ölkənin sərhədləri qorunurdu. Amma bunlar artıq keçmişdə qaldı. Paşinyan -sən Pezident Əliyevlə danışıqlar aparırsansa, onda zəng et və narkoman oğlunu əsirlərlə dəyiş, şou göstərmə”.

Metbuat.az xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

Keçmiş səfir Paşinyanı milli fəlakətin yeganə günahkarı adlandırıb.

"Nikolun istədiyi çox sadədir. O camaatın uşaqlarına şəxsi əmlak kimi davranır. Aylarla soyuducularda çürüyən meyitlər Nikolun davranışlarının nəticəsindədir.

Paşinyan sən 5000 insanı ət dəyirmanına atdın. 11 min nəfəri əlilə çevirdin. Müharibədə itkin düşənlərin sayını gizlədirsən. Bakı həbsxanalarında 100-dən çox erməni məhbus 7 aydır ki, unudulub. Amma sənin oğlun Aşot isə mühafizəçilərin ətrafında, narkotik maddələrin təsiri altında İrəvan küçələrində pivə satır" – deyə Minasyan Paşinyanı baş verənlərdə müqəssir bilib.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
·


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR