Türkiyədən MÜHÜM MESAJ:

“Hazırda dünyada Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının texnologiyalarından danışılır”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank belə açıqlama verib. O əminliklə bildirib ki, türk PUA-ları geniş formada bazara çıxanda dünya F-35 qırıcılarından deyil Türkiyənin istehsal etdiyi uçan aparatlardan danışacaq.

Nazir Türkiyə sənayesinin sürətlə inkişaf etdiyini bu sahəyə böyük diqqət ayrıldığını diqqətə çatdırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR