Azərbaycanda hava nəqliyyatında sərnişinlərdən

Nazirlər Kabineti 2020-ci il 11 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və 2020-ci il 28 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da bir sıra dəyişikliklər olunub.

Dəyişikliklərə əsasən "Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimləncək.

Arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilməsi, sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olmasının arayışlar əsasında həyata keçirilməsi ləğv olunub.

Bununla yanaşı, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edəcəklər: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə: Yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında; 1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında; Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə – uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlə.

Dəyişikliyə əsasən sərnişinlərdən COVID-19 pasportu tələb olunacaq. Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj emal zonasında UV şüa cihazı ilə dezinfeksiya ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR