Güclü yağış Gəncədə selə səbəb oldu -

Ötən gündən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin, inasanların gediş-gəlişinə çətinliklər yaradıb. Şəhərin bir sıra qəsəbələri, eyni zamanda "Dəmir yolu vağzalı" adlanan ərazi, "Sərçə" bazarı sel suları altında qalıb.

Bəzi həyətlərə sel suları dolub. Hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR