Azərbaycanda oğul atasını balta ilə öldürdü

Quba rayonunda qətl hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Rustov İnzibati Ərazi Dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR