Fəxriyyə Xələfovadan yeni ətir - FOTOSESSİYA

Fəxriyyə Xələfovadan yeni ətir - FOTOSESSİYA
18:27 18 Yanvar 2015
484 Şou
Ölkə mətbuatı
A- A+

Modelyer Fəxriyyə Xələfova “Nuray” ətir kolleksiyasına daxil olan növbəti seriyanı təqdim edib.

Axşam.az-ın məlumatına görə, modelyer yeni parfümün həm qablaşdırmasının, həm də qoxusunun digərlərindən fərqləndiyini deyib.

F.Xələfova ətirlərlə bağlı sirrlərini də bölüşüb:
“Yeni seriyaların qablaşdırılmasında ürək simvolunu saxlamışam. Bu simvol mənə uğur gətirir. Ümumiyyətlə, ətir sahəsində qazandığım uğurun sirlərindən biri də “Nuray” adıdır. Ətirlərdə insana gümrahlıq, şən əhval-ruhiyyə bəxş edən qoxulardan istifadə edirəm. Ətirin üç versiyası var: mavi, çəhrayı və yaşıl. Onlar arasında özüm ən çox mavi rəngdə olandan istifadə edirəm. İyləri seçmək xüsusi prosesdir. O zaman çox soyuq məkan olmalıdır. Mən iyləri yalnız qışda seçirəm. Hətta qar yağanda sevinirəm. Bütün günüm eyvanda keçir, qoxular seçirəm. Ən xoş olan iy üzərində qərarlaşıram. Çox qalıcı ətirlər insana xoş təsir bağışlamır. Gün ərzində üç fərqli ətirdən istifadə olunmalıdır ki, insan yorulmasın. Buna görə də mənim istehsal etdiyim ətir üç fərqli qoxudadır”.
F.Xələfova “Nuray” ətir kolleksiyasına bundan sonra da yeni seriyalar daxil edəcəyini bildirib.

Mərasimə qatılanlar arasında sənət aləminin tanınmış simaları və aparıcılar olub.

Milli.Az






 

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR