x
Loading...

Nazirlik bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

.

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Metbuat.az-a bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

"Küveyt hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq. Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib", - nazirlikdən qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR