x
Loading...
.

Sabahın hava proqnozu AÇIQLANDI

.

İyun ayının 11- nə gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən verilənməlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 25-29 isti, Bakıda gecə 18-20 isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqinormadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə , mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 11-də Abşeron yarımadasında meteoroloji amillərinmülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. İyunun 11-də Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 28-33 isti, dağlarda gecə 8-13 isti, gündüz 14-19 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR