x
Loading...

Qafqaz uğrunda MÜBARİZƏ: Ərdoğansız heç nə edə BİLMİRLƏR

"Сo Bayden Ağ Evə gəldikdən sonra adminstrasiyanın Cənubi Qafqazla bağlı siyasəti müəyyənləşməmişdi. D.Tramp prezidentliyi regionla bağlı dönəmində boşluqlar yaranmışdır. Bu da müəyyən dərəcədə müsbət nəticələndi. Məhz Qarabağ müharibəsindən sonra, yeni bir nizamın formalaşması, AzərbaycanTürkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı".

Bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a açıqlamasında bildirib. Siyasi şərhçi deyir ki, Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ -ın təkbaşına mübarizə aparması xeyli dərəcədə zəifləyib.

Məhz Bayden Putin görüşündə Cənubi Qafqazda post-müharibə dövründə cərəyan edən Ermənistan Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq. Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Bəs ABŞ Cənubi Qafqazda Rusiya amilini zəiflətmək üçün hansı planlar qurur?

"ABŞ məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir. Belə ki, ABŞ dövlət katibinin köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir. ABŞ Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji xətt ortaya qoyması reallaşır. İsveçrədə C. Bayden və R. T. Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil. Əsasən, cənab Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoymuş olacaq və ABŞ -da bu məsələdə onunla həmrəy olacaq. Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənlər Azərbaycana müsbət perspektivlər vəd edir".

Məhəmməd Əsədullazadə qeyd etdi ki, Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə, hətta separatçıların əli ilə atəşkəsi poza bilər. Bu da Azərbaycanın əlavə dividentlər əldə etməsinə gətirib çıxara bilər. Siyasi şərhçi fikirlərin sonunda bildirdi ki, ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu Azərbaycanın maraqlarına uyğundur.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR