x
Loading...
.

Türkiyənin ƏN qiymətli 10 markası BƏLLİ OLDU

.

Beynəlxalq Finans markası qiymətləndirmə təşkilatı olan Brand Finance'ın araşdırmasına görə, Türk Hava Yolları (THY), 2019 və 2020-ci illərdə olduğu kimi bu il də "Türkiyənin ən qiymətli markası" olub.

Metbuat.az xəbər verir ki, Türk Hava Yolları marka dəyəri 1 milyard 605 milyon dollara yaxınlaşıb. İkinci yerdə bu şirkəti Arçelik firması izləyir. Hazırda onun marka dəyəri 1 milyard 585 milyon dolları təşkil edir.

İş Bankı, bir əvvəlki ilə görə 5 pillə yüksələrək marka dəyərini 1 milyard 193 milyon dollara çıxararaq üçüncü sırada qərarlaşıb. Garanti BBVA 1 milyard 190 milyon dollarla dördüncü, Turkcell 1 milyard 61 milyon dollarla beşinci, Ziraat Bank 952 milyon dollarla altıncı sırada yer alıb.

917 milyon dollarlıq marka dəyəri olan Akbank yeddinci yerdə mövqeyini qoruyur. Yapı Kredi 836 milyon dollarla səkkizinci, Türk Telekom 789 milyon dollarla doqquzuncu, Ford Otosan isə 787 milyon dollarla onuncu yerdədir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR