"Sumqayıt" klubu kapitanı ilə müqaviləni uzatdı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib.

Metbuat.az xəbər verir ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR