20 ton qızıl aşkar edildi -

Türkiyənin Ağrı vilayətində 20 ton qızıl və 3,5 ton gümüş ehtiyatı aşkar olunub.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.

Nazir qeyd edib ki, qızıl ehtiyatlarının dəyəri 1,2 milyard, gümüş ehtiyatlarının dəyəri isə 2, 8 milyon dollardır.

O deyib ki, ehtiyatların gələn il çıxarılması planlaşdırılır.

Nazirin sözlərinə görə, qızıl ehtiyatlarının emalı üçün ərazidə yeni müəssisələr tikiləcək ki, bu da yüzlərlə yerli sakinin işlə təmin olunması deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR