Qarabağda daha 4 erməni hərbçinin cəsədi tapıldı

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha dörd erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Metbuat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli və Cəbrayıl rayonları ərazisində aşkarlanıb.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1567 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR