Bu gün futbol üzrə Avropa çempionatı başlayır

Bu gün futbol üzrə Avropa çempionatı start götürür.

Metbuat.az xəbər verir ki, turnirin açılış mərasimi İtaliyanın paytaxtı Romada baş tutacaq.

İlk oyunda A qrupunda mübarizə aparan İtaliya və Türkiyə komandaları üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR