x
Loading...
.

Araz Ağalarov: Maqomayevin "külqabısı" ilə aspiranturaya daxil oldum

.

Crocus Group-un prezidenti və sahibi Araz Ağalarov TASS-ın "Biznes liderləri" xüsusi layihəsinə müsahibə verib.

Metbuat.az həmin müsahibədən maraqlı bir məqamı ixtisarla təqdim edir.

На офицерских сборах, 1971 год Личный архив Араза Агаларова

Aspirantura səviyyəsində təhsilimi davam etdirmək üçün, ingilis dili üzrə imtahan verməli idim. Əsas fənlərin öhdəsindən üç ay ərzində gələ bilərdim amma ingilis dilindən düzü çox da yaxşı deyildim. Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Mərkəzi Şurasının Ali Məktəbində aspirantura şöbəsinin müdiri dürüst bir şəkildə dedi ki, "Araz, Vadim Zherebkov imtahanda olacaq. O, politoloqdur,17 dili bilir, onu aldatmaq olmaz".

Müəllimlə razılığa gəlmək üçün ev ünvanını axtardım. İtirəcək bir şox yox idi amma mən bunu bacarmaq istəyirdim. Nəhayət müəllimin evinin ünvanını tapdım. Onun mənzili Kurs dəmir yolu stansiyasının ərazisindəki kərpicdən tikilmiş doqquzmərtəbəli binada idi. Yuxarı qalxdım və qapının zəngini çaldım. Qapını yəhudi bir qadın açdı, məni başdan ayağa süzərək, "Kimi istəyirsən?" dedi.

Араз Агаларов (слева) с друзьями, 1973 год Личный архив Араза Агаларова

- "Vadim Aleksandroviç evdədir?"

Bu zaman qapısının arxasından səs eşidildi:

- "Vadik, sənsən." Zherebov qapının yanında məxməri bir xələtdə, əlində siqaret durmuşdu. Mənim olduğumu görüb tənqidi nəzərlərlə: "Nə istəyirsən?" dedi:

Mən ona vəziyyəti izah etməyə başladım. Dedim ki, Moskvaya gəlmişəm, ümidsiz bir vəziyyətdəyəm və aspiranturaya daxil olmalıyam. Amma ingilis dili ilə bağlı problemim var.

O qapını bağlamaq istəyəndə mən cəld davranıb "Bəlkə müəllim tövsiyə edərdiniz?" dedim.

Vadim Aleksandroviç güldü:

"Üç ayda bir dil öyrənməyi planlaşdırırsınız? Soyadınız nədir?”

“Ağalarov-dur “ dedim .Siz bilirsinizmi bu soyad nə deməkdir?. Mənim nəslim ticarət yollarının keçdiyi Şamaxıdandırlar. "Ağa" bizlərdə hörməti tərənüm edir.

Zherebkov bir az yumşaldı, dedi:

"Yaxşı, içəri gir, sənin səviyyəni yoxlayacağam ..." Və nə yoxlanacaq? Bilik demək olar ki, sıfırdır. Vadim Aleksandroviçin gözlərində tez bir zamanda laqeydlik və boşluq göründü:

С Муслимом Магомаевым на праздновании его дня рождения, 17 сентября 2008 года Личный архив Араза Агаларова

"Hər kəs daxil olmaq istəyir, amma imtahan komissiya tərəfindən qəbul olunur, ona görə şansınız yoxdur".

Bu zaman indi qovulacağımı başa düşdüm və heç olmasa bir şey tutmaq üçün bir yol axtardım. Birdən masanın üstündə çoxlu külqabı gördüm. Müxtəlif ölçülərdə, forma və rənglərdə idilər. Təsadüfi soruşdum ki, "Toplayırsınız?"

Professor fikirləşdi: "Kimsə marka, etiket toplayır, mən də külqabı həvəskarıyam".

Bu anda mənə hər şey aydın oldu. Dost olduğum Müslüm Maqomayevin evində həmişə fortepianonun yanında ən azı iki külqabı olduğunu xatırladım. Gündə üç-dörd paket lokomotiv kimi siqaret çəkirdi və hər yerdə dostlarının verdiyi külqabı var idi.

Zherebkovdan soruşdum:

"Kolleksiyanızı doldurmaq mümkündürmü? Sizdə olmayan bir şey var".

Bu zaman Vadim Aleksandroviç belə bir təklifi rədd edə bilmədi. Çünki bu pul deyil, hətta alkoqol deyil.

- Maqomayev asanlıqla topladığı külqabıları paylaşmağa razı oldu?

- O dəqiqə razılaşdı. Dedi ki, "Nə qədər lazımdırsa götür. Mənim bunları qoyacaq yerim yoxdur".

Ertəsi gün böyük bir qutu ilə professorun yanına qayıtdım. Maqomayevdən hədiyyə olduğunu eşitdikdə gözlərinə inanmadı.

С автором проекта "Первые лица бизнеса" Андреем Ванденко Валерий Шарифулин/ТАСС

"Təsəvvür edin, Zherebkov mənimlə üç ay məşğul oldu. O ingilis dilində tələffüz etməyi, sözü mükəmməl formada səslənənə qədər dəfələrlə təkrarlamağa məni məcbur etdi. Həftədə iki dəfə iki saat dərs keçirdik və Vadim Aleksandroviç bütün vaxt ərzində məndən bir qəpik də almadı. Çox misilsiz insan idi.

O hətta içində bir kəlmə rus dilində söz olmayan Oxford kitabını da mənə tövsiyə etdi. Tez-tez avtomobildə olanda ingilis dilində kasetləri dinləyib və sonunda imtahandan keçərək aspiranturaya daxil oldum...."

Tərcümə Gülbəniz Hüseynli / METBUAT. AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR