NATO sammitində mina xəritələrini gündəmə gətirəcəm -

“Məsələ ilə əlaqəsi olanlara ilk olaraq minalarla bağlı vəziyyəti həll edək deyəcəyik. Ordakı görüşmələr zamanı Ermənistan məsələsi gündəmə gələndə bunların hamısını açıqlayacağıq”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin “NATO zirvəsində Ermənistanla bağlı məsələ müzakirə olunacaqmı?” sualına belə cavab verib.

Qeyd edək ki, NATO zirvəsi iyunun 14-də Brüsseldə keçiriləcək.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR