Gəncin istəyi tibb bacısını qəzəbləndirdi:

Türkiyədə peyvənd prosesi zamanı vətəndaşların davranışları həkimləri bəzən hövsələdən çıxarır.

Metbuat.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, xüsusilə gənclər tibb işçilərinə əssasız suallar ünvanlayırlar. Məlumata görə, bəziləri peyvənd olunmağa gəlsə də, sorğu sualdan sonra fikrindən daşınır. Bəziləri peyvəndin qablarını tələb edərək, tibb məntəqəsindəki digər peyvənd qabları ilə müqayisə etməyə çalışır. Gənclərdən biri tibbi bacısına “mənim seçdiyim peyvəndi tətbiq edirsiz. Qabına baxım” deməsi diqqətdən yayınmayıb.

Bəzi sakinlər isə peyvəndin saxlanıldığı yerdən şikayət edir. Həkimlərin sözlərinə görə, növbə gözləmək istəməyən bəzi vətəndaşlar isə mübahisə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR