Paşinyan özünü heyvana BƏNZƏTDİ:

Xəbər verdiyimiz kimi, bu gün Nikol Paşinyan seçki kampaniyanın 5-ci günü Tavuş bölgəsinin müxtəlif icmalarını gəzib.

Səfər çərçivəsində Berd rayonunda olan Paşinyanı yerli sakinlər böyük sevgi hissi ilə qarşılayıblar. Paşinyan çıxışı zamanı özünü inəyə bənzətməsi bir qədər müəammalı görünüb.

Metbuat.az xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün politoloq Samir Hümbətovdan Paşinyanın bu bəyanatına açıqlama istədik.

Siyasi şərhçi bildirdi ki, Paşinyan əslən Berd rayonundandır. Onun sakinlər tərəfindən belə coşğuyla qarşılanması xoşuna gəldiyi üçün İncildən qısa bir sitat gətirib.

Paşinyan deyib ki, ““Tanrı İncildə deyir ki, sənə süd və bal axan bir torpaq verəcəyəm”. Bizim ölkəmizin torpağından da süd və bal axır. Amma Tanrı o inəyi qorumadı".

Burada Paşinyan inək kimi özünü qələmə verir. Son baş verən hadisələrdən dolayı,Ermənistan xalqının ona olan etimadının azalması, Paşinyanı belə açıqlamalar verməyə vadar edir. O hələ də özünü erməni xalqının xilaskarı hesab edir”- deyə Samir Hümbətov bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR