Nihat Özdemir: "Azərbaycanda azarkeş üstünlüyü bizim tərəfimizdə olacaq"

"Çox çətin qrupdayıq. Açılış oyununda ev sahiblərindən olan İtaliya ilə qarşılaşırıq. Bu matçı bütün dünya izləyəcək. Həm sevincli, həm də həyəcanlıyam".

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir "TRT Spor"a açıqlamasında "ay-ulduzlular"ın İtaliya yığması ilə AVRO-2020-nin açılış oyunu barədə danışarkən deyib.

71 yaşlı funksioner bildirib ki, hər iki kollektiv son illər yüksəlişdədir: "Burada yaxşı əldə edəcəyimiz yaxşı nəticəni Bakıda davam etdirmək istəyirik. Orada da 2 vacib oyunumuz var. Azərbaycanda azarkeş üstünlüyü bizim tərəfimizdə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Baş məşqçimiz Şenol Güneşə, bütün oyunçularımıza güvənirəm. Bəlkə də qarşıdakı 10 ilin yığmasını formalaşdırmışıq. Allah futbolçularımızın yanında olsun".

Qeyd edək ki, bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Ay-ulduzlular" A qrupunda Uels və İsveçrə ilə qarşılaşmalarını isə Bakı Olimpiya Stadionunda keçirəcək. / Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR