Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasına səbəb futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi etməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR