Floyd cinayətini çəkən şəxsə Pulitzer mükafatı verilib -

Jurnalistika nominasiyasında nüfuzlu Pulitzer mükafatına layiq görülənlərin adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, mükafat sahiblərinin içində Amerika Birlləşmiş Ştatlarında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsini telefonu ilə lentə alan Darnella Frazier də var. O, vətəndaş jurnalistikasındakı fəaliyyıtinə görə bu mükafata layiq görülüb.

Xatırladaq ki, 2020-ci ildə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi anının görüntüləri kütləvi etirazlara səbəb olmuşdu. Floydu öldürən polis Derek Şovinini bu cinayətinə görə, 40 il həbs cəzası gözləyir. Hazırda məhkəmə prosesi davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR