Kişini döydülər, arvadına zəng edib pul tələb etdilər

Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əri Qədir adlı şəxsin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deyib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR