Bu küçələrdə hərəkət məhdudlaşdırılıb -

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hazırda Bakı Olimpiya Stadionu istiqamətinə gedən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulduğunu bildirib.

Azarkeşlər, iştirakçılar və təşkilatçıların hərəkəti isə xüsusi emblemi ilə müəyyən olunur. Ziya Bünyadov prospektindən Koroğlu metrostansiyası istiqamətində hərəkət edərkən 9-cu köndələn küçəsi ilə kəsişmədən Xəlil Rza Ulutürk küçəsi istiqamətində, həmçinin Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçəsi ilə kəsişmədən Böyükşor bulvarı istiqamətində hərəkət məhdudiyyət qoyulub. Bu ərazidə yalnız təşkilat komitəsi tərəfindən hərəkətinə icazə verilən nəqliyyat vasitələri hərəkət edə bilərlər. Ümid edirəm ki, vətəndaşlarımız bunu anlayışla qarşılayacaq və ölkəmizdə keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə başa çatması üçün səylərini əsirgəməyəcəklər”, - DİN rəsmisi vurğulayıb. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR