x
Loading...

Ermənilərin tərk etməzdən əvvəl yandırdığı məscid... - FOTOLAR

.

Bu gün xarici diplomatik korpusun nümayəndələri Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, qonaqlara məscidin tarixi və ermənilərin törətdikləri barbarlıqlar barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir.

Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR