Mühafizəçilər Baydeni qorumaq üçün İNANILMAZ ÜSULA əl atdı -

Brüsseldə NATO zirvəsində iştirak edəcək ABŞ prezidenti Co Baydenin "Cadillac One" avtomobili və ona oxşar daha bir nəqliyyat vasitəsi Brüsselə gətirilib.

Metbuat.az xəbər verir ki, avtomobillərin rəngi və nömrələri eynidir. Bildirilir ki, iki oxşar avtomobildən istifadə etməkdə məqsəd Baydenə qarşı hücum ehtimalına qarşı şübhəliləri çaşdırmaqdır. Ümumiyyətlə Brüssel səfəri zamanı Belçika polisi ilə yanaşı Baydeni ABŞ kəşfiyyatının 400 xüsusi təlim görmüş mühafizəçisi qoruyacaq.

Qeyd edək ki, NATO zirvəsi bu gün başlayır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR