Netanyahu dövrü rəsmən başa çatdı

İsraildə müxalifətin qurduğu koalisiya hökuməti parlamentdə etimad səsverməsini qazanıb.

Metbuat.az xəbər verir ki, müxalifətçilərin parlamentdəki 60 mandatı yeni hökuməti dəstəkləyib. Ardınca yeni Baş nazir Naftali Benet and içib. Beləliklə, Binyamin Netanyahunun 12 illik hakimiyyəti başa çatıb.

Qeyd edək ki, Naftali Benet və Yair Lapid koalisiya hökumətinin qurulması barədə razılığa gəlmişdi.Razılaşmaya görə, Naftali Benet və Yair Lapid növbəli şəkildə səlahiyyət müddəti 2 il olmaqla Baş nazir postunda olacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR