Bakıda zəncirvari qəza oldu -

Bakıda yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "facebook" hesabında paylaşıb. Hadisə Səbail rayonu, Yeni Salyan şosesi 22-nin (Jurnalistlərin binası) qarşısında qeydə alınıb. 3 avtomobil zəncirvari qəza törədib.

Elçin Mirzəbəyli bu ərazidə qəzaların tez-tez baş verdiyini qeyd edib:

"Jurnalistlər üçün inşa edilmiş binaların qarşısında növbəti qəza baş verib. Elə bir gün yoxdur ki, burada qəza baş verməsin, insanların sağlamlığına, nəqliyyat vasitələrinə ziyan dəyməsin. Bütün qəzalar da eyni səbəbdən baş verir. Yaşayış məntəqəsi ərazisindən keçən və bir neçə piyada keçidinin olduğu yolda sürət həddinin saatda 80 kilometr olmasından. Heç bu sürət həddinə əməl edən də yoxdur. Digər tərəfdən, yolda geriyə dönməni qadağan edən nişan olmadığı üçün işıqfordan geriyə dönmə hərəkətinin yerinə yetirilməsi zamanı qəzalar baş verir və bu, bir neçə ildir ki, davam edir."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR