x
Loading...
.

Azərbaycan Ermənistanı BU SƏNƏDİ imzalamağa məcbur edib - Partiya lideri qərbə səsləndi

.

“Hazırda nəyin içində olduğumuzu bilirik, ona görə də həm Qərb ilə, həm də Rusiya ilə işləməliyik. Nazirimiz yoxdur, nazir müavinləri də, aktyorluğu öz üzərlərinə götürmürlər, bu mənada çox çətin bir vəziyyətdir”.

Metbuat.az xəbər verir ki, "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan bu yaxınlarda İrəvandakı kampaniya zamanı bu fikirləri söyləyib.

Marukyan deyib ki, seçkilərdən sonra təkliflərimiz həyata keçirilərsə, bu problem çox tez həll edilə bilər.

“Biz daxili problemləri həll edib, xarici cəbhədə daha da güclənsək, hərbi əsir problemi tez həll edilə bilər. Hərbi əsirlərin geri qaytarılması heç bir halda daxili siyasi həyatımıza qarışmamalıdır. Bu gün Azərbaycan Ermənistan Respublikasının ərazisinə girdi və deyir ki, sən bu sənədi imzalamasan mən getmərəm. Həmin sənədi imzalamaq nəticəsində komissiyanın qərarlarını yerinə yetirmək məcburiyyətində olduğumuz bir komissiya yaratmağı öhdəmizə götürürük. Amma o komissiyanın nə qərar verəcəyinə gəlincə isə bunu heç kim bilmir. Sanki tüfəngi başımıza dirəyiblər" Marukyan belə deyib.

O əlavə edib ki, hərbi əsirlər məsələsinin həlli beynəlxalq hüquq müstəvisindədir. Ermənistanın xarici diplomatik cəbhəsini gücləndirilməsi nəticəsində hərbi əsirlər geri qaytarıla bilər.

“Qərb ölkələri ilə əməkdaşlıq nəticəsində Azərbaycana sanksiyalar tətbiq edilərsə, əsirləri geri qaytarmaqdan başqa çarələri qalmayacaq” deyə Edmon Marukyan qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR