x
Loading...
.

Ukrayna "Qazprom"u məhkəməyə VERİR

.

Rusiyanın "Qazprom" şirkəti, Ukraynanın qaz nəqli sistemi ilə Orta Asiyadan qaz nəqlinə kömək etməkdən imtina edərsə, Ukrayna onları məhkəməyə verməyə hazırdır. Metbuat.az xəbər verir ki, bu barədə bazar ertəsi Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Yuriy Vitrenko "Financial Times" a verdiyi müsahibədə bildirib.

Vitrenkonun sözlərinə görə, "Naftoqaz" Mərkəzi Asiyadan qazın "Qazprom" boru kəmərləri ilə keçməsinə icazə üçün rəsmi müraciətlər hazırlayır.

"Əgər onlar (Qazprom) imtina etsələr, növbəti addım Avropa Komissiyasına və məhkəməyə şikayət etmək olacaq" deyə Vitrenko bildirib. Onun sözlərinə görə, bu müddət bir neçə il çəkə bilər.

"Söhbət on milyard kubmetrdən gedir. Yalnız Orta Asiyadan çıxan qaz bütün Ukrayna qaz tranzit sistemini doldura bilər" deyə "Naftoqaz" rəhbəri bildirib.

Daha əvvəl Vitrenko söyləmişdi ki, "Naftoqaz"ın "Qazprom"a qarşı hazırkı qaz tranziti müqaviləsinə icazə verən yeni arbitraj məhkəmə araşdırmalarına başlamaq imkanlarını nəzərdən keçirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR