x
Loading...
.

39 arvadı, 94 övladı olan Ziona Çana vəfat etdi

.

Dünyanın ən böyük ailə başçısı- 39 arvadı, 94 övladı, 33 nəvəsi və 1 nəticəsi olan hindistanlı Ziona Çana vəfat edib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Mizoram ştatının sakini 76 yaşlı Ziona Çana iyunun 13-də səhhətindəki narahatlıq səbəbindən təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısının şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkdiyi bildirilib.

Məlumat üçün bildirək ki, Ziona ilk dəfə 17 yaşında özündən 3 il böyük bir qadınla evlənib. O, bütün arvadları, övladları və nəvələri ilə birlikdə Baktavq Tlanqnuam kəndindəki 100 otaqdan ibarət dördmərtəbəli evində yaşayırdı. Adi bir gündə evdə 30 toyuq və 100 kilo düyü bişirilir, 60 kilo kartof adi bir yeməkdə soyulur. Evdə dülgər emalatxanalarının yanında tövlələr, quşçuluq təsərrüfatı, çəltik tarlası və tərəvəz bağları var.

Onun evi uzun illərdir turistlərin maraq göstərdiyi məkanlardan biridir. Hətta turistlərin gecələməsi üçün evin bağçasında qonaq evi də inşa edilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR