x
Loading...
.

Ruslar Qarabağdan BELƏ çıxarılacaq: Böyük plan masadadır – Ərdoğan Putinə nə deyib?

.

“Nikol Paşinyan müharibə bitdiyi vaxt, təqribən 20-25 min erməni əskərinin Qarabağda qaldığını desə də, bu gün həmin ərazidə 10-15 min silahlının qaldığını deyə bilərik. 10 noyabr razılaşmasının dördüncü bəndinə əsasən, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılması sülhməramlıların həmin əraziyə yerləşdirilməsi ilə paralel olaraq aparılması qeyd olunsa da, hələ də bu şərt yerinə yetirilməyib”.

Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Asif Nərimanlı edib. Bu müddəanın icra edilməməsinin əsas səbəbkarının Rusiya olduğunu qeyd edən A.Nərimanlı bildirdi ki, Putin erməni hərbçilərinin Qarabağdan çıxarılmasını əlində kart kimi saxlayır.

Bir Asif Nerimanli, standing və içəridə şəkili ola bilər

“Çünki bu qoşunların çıxarılması ilə Qarabağda Ermənistanın mövcudluğu hərbi baxımdan başa çatır. Yəni, Qarabağ məsələsində Ermənistan defakto sıradan çıxmış sayılır. Bölgədə isə Azərbaycan, Türkiyə və Rusiya qalacaq. Bu zaman təbii ki, Qarabağda olan separatçıların taleyi məsələsi gündəmə gələcək. Rusiya istəmir ki, separatçıların taleyi ilə bağlı hər hansı bir qərar qəbul etmədən 10 noyabr bəyannaməsinin şərtləri həll edilsin. Görünür, Rusiya erməni qoşunlarının çıxarılmasından sonra Qarabağda qalmağı özü üçün təhlükə hesab edir. Çünki bəyannamənin şərtlərinə görə, tərəflərdən birinin istəyəcəyi təqdirdə, Rusiya Qarabağdan sülhməramlılarını çıxarmalıdır”.

A.Nərimanlı qeyd etdi ki, BakıAnkara sülhməramlıların beş ildən artıq Qarabağda qalmasını istəmir. Hətta beş ildən daha tez müddətdə bölgədə birgə yaşayışın təmin edilib, rusların çıxarılmasını planlaşdırırlar. Politoloq deyir ki, Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan da müsahibələrinin birində qeyd etmişdi ki, bu məsələ ilə bağlı Vladimir Putin ilə müzakirə aparıb.

"Qeyd edim ki, indiki halda 10 noyabr bəyannaməsinin bütün bəndləri demək olar ki yerinə yetirilir. Bura kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizi üzərində dekabr ayına qədər işlərin yekunlaşması və s aiddir. Amma yeganə dördüncü bənddir ki, onun icrası ilə bağlı heç bir iş görülmür”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR