Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 43,3 mln. ton yük, 445,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 18% azdır.

Sərnişinlərin 91,6%-i avtobus, 8,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 13,2%, sərnişin dövriyyəsi isə 12% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR