"Gec də olsa, ədalət bərpa edildi" -

Qlobal sabitliyin qorunmasında NATO-nun həm qərarlılığı, həm də üzərinə götürməli olduğu məsuliyyətlər artıb. İndi məsuliyyətdən qaçmaq dövrü deyil.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

NATO sammitində və zirvə çərçivəsində keçirdikləri ikitərəfli görüşlərdə faydalı müzakirələr aparıldığını diqqətə çatdıran Ərdoğan ölkəsinin xarici siyasəti, qlobal və regional proseslərdə sərgilədiyi mövqe, o cümlədən terrorizmə qarşı apardığı qətiyyətli mücadilə barədə geniş məlumat verib.

O bildirib ki, Türkiyə haqlı və mənafeyinə uyğun mövqeyini qorumaqda qərarlıdır.

Bundan əlavə, Qafqaz bölgəsindəki vəziyyətə toxunan Ərdoğan vurğulayıb ki, səylərimiz nəticəsində Dağlıq Qarabağda otuz illik gecikmə ilə də olsa ədalət bərpa olundu, düşmənçiliyin yerinə sülhün, xaosun yerinə sabitliyin, münaqişənin yerinə uzunmüddətli sülhün ala biləcəyi qapılar açıldı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR