Bu gün futbol üzrə Avropa çempionatında daha 2 oyun keçiriləcək.
Metbuat.az-ın xəbərinə görə, 5-ci oyun F qrupunda keçiriləcək. 2 matçla 1-ci tura yekun vurulacaq. Son Avropa çempionu Portuqaliya Macarıstanla, son dünya çempionu Fransa isə Almaniya ilə qarşılaşacaq.
F qrupu, 1-ci tur
20:00. Macarıstan - Portuqaliya
Budapeşt, "Puşkaş Arena"
23:00. Fransa - Almaniya
Münhen, "Münhen Futbol Arenası"