Cenevrədə prezidentlər arasında görüş başlayıb -

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Metbuat.az xəbər verir ki, məlumatı TASS yayıb.

*10:14

Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarını prezidenti Cozef Bayden bu gün Cenevrədə görüşəcəklər.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə olan görüşünə hazırdır. Bayden Putinlə birinci görüşünün keçiriləcəyi Cenevrəyə gəlib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri bu gün qarşılıqlı fəaliyyət məsələsini müzakirə etmək üçün ilk ikitərəfli sammit keçirəcəklər. Danışıqların nəticəsi olaraq hər hansı sənəd imzalanmayacaq.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR