x
Loading...
.

Bu gün Fed qərarını AÇIQLAYACAQ

.

FED faiz qərarını bu gün açıqlayacaq. Fed-in faizləri 0 ilə 0,25 arasında saxlayacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bununla birlikdə, Fed Başçısı Jerome Powellin açıqlamaları dollar və qızıl investorları tərəfindən diqqətlə izləniləcək.

ABŞ-da inflyasiya göstəriciləri may ayı ərzində 0, 6 faiz gözlənilən nəticəni keçdi. Proqnozlara görə bu 0,4 faiz olmalı idi. Bu açıqlanan inflyasiya rəqəmlərindən sonra investorlar Fed Başçısı Powellin çıxışında pul sərtləşməsinin ediləcəyinə dair ipuçları axtaracaqlar.

Qlobal investorlar Fed-in iqtisadiyyatı dəstəkləmək üçün addımlarını (aktiv alışı) geri çəkməyə başlayacağı mesajını verməyəcəyini düşünürlər. Powellin çıxışını dollar və xüsusilə qızıl sərmayəçiləri gözləyir. Pul sərtləşdirilməsinin nəticəsində, valyutalar və qızıl ucuzlaşa bilər, çünki bu addım dolların ABŞ-a qayıtmasına imkan verəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR