Bakıda qadın kafedə döyülərək ağır xəsarət aldı

Bakının Sabunçu rayonunda mübahisə zamanı bir nəfər xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən kafedə 1984-cü il təvəllüdlü Eyvazova Kəmalə Həsrət qızı tanıdığı şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR