İspaniyanın paytaxtı Madrid yaxınlığındakı San Bartolome de Pinares qəsəbəsindəki adət-ənənələr bölgəyə çoxsaylı turist axınını təmin edir. Lent.az-ın məlumatına görə, bu qəsəbədə təşkil olunan “Las Luminarias” adlı festival təhlükə və tamaşa zövqünü özündə birləşdirir. Festivalın əsas gedişatı atlıların hündür alovun içindən keçmələri ilə bağlıdır. Artıq 5 əsrdir ki, davam edən bu festivalda atların alovun içindən keçməsinin məqsədi onları müxtəlif xəstəliklərdən qorumaqdır.