x
Loading...
.

Bu SAĞALMAZ xəstəliyin müalicəsi 18 ildən sonra TAPILDI - 60 min dollara başa gəlir

.

ABŞ-da mübahisələrə səbəb olan Alzheimer dərmanı, klinik sınaqlardan sonra ilk dəfə bir insan üzərində sınaqdan keçirildi.

Metbuat.az xarici mediyaya istinadla xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən 7 iyun tarixində Alzheimer müalicəsi üçün hazırlanmış Aduhelm adlı dərmanın istifadəsinin təsdiqlənməsi, bu xəstəliyin müalicəsində yeni bir addımın atılmasına səbəb oldu.

Dünən, 70 yaşındakı bir kişi, Alzheimer müalicəsi üçün yeni təsdiqlənmiş bu dərmanın klinik sınaqları xaricində test edilən ilk insan olaraq tarixə düşdü. New York Post qəzetindəki xəbərə görə, 70 yaşındakı Mark Archambaultun müalicəsi artıq başlayıb.

Həkimlər bildiriblər ki, xəstə bu dərmanı hər ay venadaxili qəbul edəcəkdir.Təxminən 60 min dollara başa gəlməsi gözlənilən bu müalicənin, 18 ildən sonra təsdiqlənən ilk Alzheimer dərmanı olması xüsusilə diqqət çəkib.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR