x
Loading...

“Victoria Secret”-də BÖYÜK DƏYİŞİKLİK: Artıq mələklər və qanadlar yoxdur ...

.

İllərdir moda nümayişləri və "mələkləri" ilə tanınan dünyaca məşhur qadın alt paltar markası strategiyasını dəyişdirir.

Bəs niyə yeni reklam simaları ilə razılaşan marka, bahalı moda nümayişlərini yığışdırmağa qərar verdi?

Metbuat.az xəbər verir ki, xüsusilə 90-cı illərin ikinci yarısından bəri təşkil etdiyi moda nümayişləri ilə qlobal bir fenomen halına gələn marka, "ideal qadın bədənini" simvolu olaraq görürdü. Adriana Lima və Alessandra Ambrosio kimi modellər illərlə marka ilə çalışdıqları üçün "mələk" kimi tanınırdılar. Marka indi bu imicini tamamilə dəyişdirmək və 21-ci əsrin bu yeni dövrünə uyğunlaşmaq istəyir.

Beləliklə, artıq qanad taxan və podyumda uçan mələklərin nümayişi olmayacaq. Bu adlar, markanın illər öncə yaratdıqları "seksual" anlayışını sosial media paylaşımları və oynayacaqları reklamlarla dəyişdirməyə çalışacaq.

Artıq şirkətin üst rəhbərliyi razılaşdırdıqları modellərin gender bərabərliyinin simvolu olmasını istəyir. Şirkət nəinki zamanla ayaqlaşmaq istəyir, eyni zamanda son illərdə formalaşan şirkətdəki mənfi ab-havanı da qırmaq istəyir.


Victoria Secret”in CEO'su Martin Waters fevral ayında etdiyi açıqlamada bildirib ki, "Kişilərin qadınlar haqqında istədiklərinin, qadınların istədiyi şey olduğunu qəbul etməyimizi dayandırmalıyıq".

Markanın yeni simalarından biri olan Megan Rapinoe, “Paltarın dizaynı belə kişilərin zövqünə uyğunlaşdırılır. Gənc qızlar bu mesajı alır və bu mesaj zərərlidir” deyib. 2015-ci ildə ABŞ qadın alt paltarları bazarının 32 faizinə sahib olan şirkətin payı indi bazarda 21 faizdir.


Şirkətin kilolu qadınlar üçün daha çox məhsul buraxması gözlənilsə də, rəhbərlikdə olan yaşlı qadınların sayı da artırılıb. Firma hətta hamilə bir modellərlə işləməyə başlayıb. Markanın yaşadığı dəyişikliyin satışa müsbət və ya mənfi təsiri maraqla gözlənilir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR