Van Dammın oğlundan rəsmi quruma CAVAB:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müsahibə üçün dünyaca məşhur aktyor və idmançı Jan-Klod Van Dammın oğluna müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı özünün "facebook" hesabında paylaşıb.

"Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və "Vətən uzaqda deyil" proqramının "Yad oğlu, yad qızı" rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik (yad kürəkənimiz kimi). Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirdi: "Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik". Kristoferdən cavab gözləyirik", - deyə mətbuat katibi qeyd edib.

Xatırladaq ki,, Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlük ictimaiyyətin böyük marağına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR