Əhalinin gəlirləri azalıb

2021-ci ilin yanvar-mart aylarında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1.1% azalaraq 13.5 mlrd. manat təşkil etmişdir.

Metbuat.az İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, yaranan vəziyyətin təsirini minimuma endirmək üçün sahibkarlıq, məşğulluq, sosial rifah və maliyyə sabitliyini dəstəkləyən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, 2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi real ifadədə 51.2%, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə real ifadədə 11.4% azalmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR