Çingiz Abdullayevə daha bir vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR