​Mahir Emreli "Legiya"da ilk hissədə het-trik etdi -

Bu yay "Qarabağ"dan ayrılaraq Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, o, hazırda Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen" klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub.

Mahirin yeni komandasında debütü uğurlu alınıb. Millimizin üzvü hazırda ilk hissəsi keçirilən görüşdə 3 qol vurub. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Legiya" Mahir Emrelinin vurduğu qollarla 3:0 hesabı ilə öndədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR