x
Loading...

Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi - FOTO

.

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs həbs olunub.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR