Belçikanı 1/8 finala yüksəldən qələbə -

Futbol üzrə Avropa çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, B qrupun lideri Belçika Danimarka ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, belçikalılar əzmkar qələbəyə sevinib - 2:1.

Bununla da Belçika xallarının sayını 6-ya yüksəldərək 1/8 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, günün son matçında Niderland və Avstriya milliləri qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR