Yevlaxda yük avtomobili həkimi vurdu

Yevlax-Bərdə avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, “Mercedes” markalı yük maşını Mamedov Tahir Yolçu oğlunu vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, vurulan Yevlax sakini ürək həkimidir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR