x
Loading...

FHN Bakıdakı güclü yanğınla bağlı MƏLUMAT YAYDI

.

Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR